MƏDƏNİYYƏT
Heykəltaraş-rəssam: Bu sənət təkcə əllərin yox, həm də ruhun işidir
21.01.2025 [14:33]
Xəbərin mətni
Heykəltəraşlıq təsviri incəsənətin ən qədim növlərindən biridir. Daş, ağac, metal, gil və digər materiallardan istifadə edərək yaradılan heykəllər, yalnız bir estetik əsər deyil, həm də öz dövrünün ruhunu və mədəniyyətini əks etdirən bir mesajdır. Hər bir heykəl, əslində, sənətkarın daxili dünyasının, onun hisslərinin və həyat görüşlərinin fiziki bir təsviridir.
Bu sözlər Lənkəranda yaşayıb-yaradan heykəltaraş-rəssam Məmmədyar Cəfərova məxsusdur. O, 80 illik ömrünü heykəltaraşlığa və rəssamlığa həsr etmiş, əsərləri vasitəsilə öz duyğularını, düşüncələrini və həyat fəlsəfəsini cəmiyyətlə bölüşmüşdür.