CƏMİYYƏT
Xaçmazda baş verən qəzada yaralanan sürücünün həyatını xilas etmək mümkün olmayıb
21.01.2025 [15:18]
Xəbərin mətni
Yanvarın 21-i səhər saatlarında Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində “VAZ 2106” markalı avtomobillə “Shagman” markalı yük maşını toqquşub.