Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Baş konsulluğumuzun təşəbbüsü ilə İstanbulda ağacəkmə aksiyası keçirilib

21.01.2025 [17:19]

Xəbərin mətni

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva 2025-ci il üçün İstanbul Konsullar Korpusunun (İstanbul Consular Corps-İCC) yeni dövr sədri seçilib. Baş konsulumuzun sədrliyi ilə İCC-nin ilk tədbiri olaraq İstanbulda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İstanbul Konsullar Korpusu-İCC və Bizim Dünyamız Fondunun əməkdaşlığı, İstanbul Meşəçilik Bölgə Müdirliyinin ev sahibliyi ilə təşkil olunub.