DÜNYA
Çində dünyanın ən hündür körpüsü inşa edilir
21.01.2025 [18:40]
Xəbərin mətni
Beypan çayının üzərində, Huacin Böyük kanyonunda inşa edilən körpü çaydan 625 metr yüksəklikdə yerləşir. Bu, Eyfel qülləsinin hündürlüyündən 2 dəfə çoxdur. Bu günlərdə asma körpünün əsas strukturunun quraşdırılması başa çatıb. Ümumi uzunluğu 2890 metr, asma hissəsinin uzunluğu 1420 metr olan Huacin Böyük kanyonu körpüsü həm də dünyada dağlıq ərazidə inşa edilən ən uzun asma körpüdür. Liupənşuy şəhəri ilə Çiensinan muxtar prefekturasını birləşdirən körpünün inşasına 2022-ci ildə başlanılıb və gələn il istifadəyə verilməsi planlaşdırılıb.