CƏMİYYƏT
Şəmkirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
22.01.2025 [14:29]
Xəbərin mətni
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş 38 yaşlı E.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərindən və evindən 2 kiloqramdan çox tiryək, marixuana və metamfetamin aşkar edilərək götürülüb.