Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Göyçayda tələbələrin zəhərlənmə şübhəsi ilə əlaqədar araşdırmalar aparılır

22.01.2025 [16:11]

Xəbərin mətni

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 5 qız tələbəsi zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlara xəstəxanada ilkin tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş olduğuna görə ambulator müalicə üçün evə buraxılıblar.