Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“YAŞAT” Fondunun dəstəyi ilə daha bir qazi əməliyyat olunub

23.01.2025 [13:23]

Xəbərin mətni

“YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi iştirakçısı Tariyel Didarov üzərində uğurlu cərrahiyyə əməliyyatı həyata keçirilib.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyatın uğurla tamamlanması qazimizin sağlamlıq vəziyyətinin yaxşılaşmasına töhfə verib.