CƏMİYYƏT
Nəsimi rayonunda yanvar ayında polisin əməliyyatları zamanı 16 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
23.01.2025 [14:21]
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 20 yaşlı Vilayət Quliyev saxlanılıb. Ondan 5 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik narkotik vasitə həşiş və marixuana aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib.
Ümumilikdə, yanvar ayı ərzində Nəsimi rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 40-dan artıq əməliyyat keçirilib. Qanunsuz dövriyyədən 16 kiloqramdan artıq müxtəlif xassəli narkotik vasitə çıxarılıb. Saxlanılanlardan 6-sı paytaxt ərazisində narkotiklərin bilavasitə satışını həyata keçirən şəxslər olublar.