Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Rusiya ordusunun Kiyev vilayətinə hava hücumu nəticəsində itkilər var

24.01.2025 [11:08]

Xəbərin mətni

Rusiya PUA-larının Kiyev vilayətinə gecə hücumu nəticəsində Fastov rayonunda və Brovarı şəhərində yanğın və dağıntılar baş verib. Xilasedicilər zərbənin nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirirlər və artıq 3 nəfərin həlak olduğu məlumdur.
AZƏRTAC bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə (FHDX) istinadla xəbər verir.