SİYASƏT
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət göstərilir
27.01.2025 [12:04]
Xəbərin mətni
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) xidmətə yeni qəbul olunan gənc əsgərlərə daim qayğı göstərilir, onların adaptasiya prosesinə xüsusi həssaslıqla yanaşılır və hazırlığına diqqət yetirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çağırışçılar tibb məntəqəsində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə edildikdən sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.