Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Prezident İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvünü qəbul edib

27.01.2025 [17:05]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda tarixən olduğu kimi bu gün də müxtəlif dinlərin və konfessiyaların, o cümlədən yəhudi icmasının nümayəndələrinin dostluq, əmin-amanlıq və harmoniya şəraitində yaşadıqlarını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, bu, xalqımızın həyat tərzi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir.