CƏMİYYƏT
Lənkərandakı yol qəzasında xəsarət alan 24 nəfərdən 13-ü ambulator müalicə üçün evə buraxılıb
28.01.2025 [16:55]
Xəbərin mətni
Yanvarın 28-də Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi cinsli, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı yenilənmiş məlumatda bildirilib.