Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakı şəhərində nəqliyyat məsələləri ilə bağlı dövlət proqramı hazırlanır

28.01.2025 [19:26]

Xəbərin mətni

Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.