MƏDƏNİYYƏT
Moskvada Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd olunub
31.01.2025 [11:50]
Moskvada, Dövlət Kreml Sarayında görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, diplomat Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə “Yeddi not” adlı konsert təşkil olunub. AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycanın və Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Polad Bülbüloğlu yaradıcılığının pərəstişkarları iştirak ediblər. Yubilyarı təbrik etmək üçün səhnəyə Rusiyanın Xalq artistləri Lev Leşenko, Sergey Bezrukov, Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli, Yusif Eyvazov, Elçin Əzizov, Dinara Əliyeva, Özbəkistanın Xalq artisti Fərrux Zakirov, Azərbaycan Dövlət Rəqs Ansamblı, dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Akademik Böyük Konsert Orkestri, O.Lundstrem adına Rusiya Caz Musiqisi Orkestri, Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yefim Şvıdkoy və başqaları çıxıblar.