DÜNYA
Çində balıq “su pərisi”nin başını dişləyib
31.01.2025 [14:15]
Xəbərin mətni
Çinin Yunnan vilayətində əyləncə mərkəzində sualtı şou zamanı balıq anidən “su pərisi”nə hücum edib. AZƏRTAC xəbər verir ki, Çin Yeni ili bayramı ilə əlaqədar yanvarın 29-da keçirilmiş şou zamanı iri balıq “su pərisi”nin başını dişləyib. Özünü itirməyən “su pərisi” başını balığın ağzından çıxarmağa nail olub. Rusiyadan olan “su pərisi” yüngül xəsarət alıb.