CƏMİYYƏT
İmişlidə kanallar beton üzlüyə alınır
31.01.2025 [16:53]
Xəbərin mətni
İmişli rayonunda əkin sahələrində suvarma işlərinin daha da yaxşılaşdırılması üçün son illər görülən işlərin həcmi artırılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində əsasən torpaq üzlüklü kanallar beton üzlüyə alınır. Bu, sahələrə suyun itkisiz çatması ilə yanaşı, həm də torpaq qatının şoranlaşmasının qarşısını alır.