Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu keçirilib

31.01.2025 [17:09]

Xəbərin mətni

Bakıda 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu keçirilib. AZƏRTAC xəbər verir ki, forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gerçəkləşib. İki yüzdən çox Azərbaycan könüllüsünü bir araya gətirən forumun əsas məqsədi İttifaq tərəfindən üzv təşkilatların fəaliyyətinin artırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub.