DÜNYA
Ukrayna ərazisinə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var
01.02.2025 [14:21]
Rusiya ordusu Ukrayna ərazisinə çoxkombinasiyalı hava hücumu edib. Yanvarın 31-i axşam və fevralın 1-nə keçən gecədən başlayaraq kamikadze dronları və ballistik, qanadlı raketlərlə Ukraynanın əksər əraziləri hücuma məruz qalıb. AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, fevralın 1-nə keçən gecə paytaxt Kiyevdə də partlayış səsləri eşidilməyə başlayıb. Ukraynanın hava hücumundan müdafiə sistemi işə düşüb. Kütləvi hava hücumu nəticəsində Xarkov, Poltava, Zaporojye, Xersonda mülki və enerji infrastrukturlarına ziyan dəyib, ölən və xəsarət alanlar var. Xarkov şəhər meri İqor Terexov “Telegram” səhifəsində məlumat verib ki, hava hücumu nəticəsində 16 yaşayış binasına ziyan dəyib, bir qadın həlak olub, 5 nəfər isə xəsarət alıb.