Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Lütfi Zadəyə həsr edilmiş məntiq olimpiadasının yekun mükafatlandırma mərasimi olub

02.02.2025 [19:17]

Xəbərin mətni

Fevralın 2-də dahi azərbaycanlı alim Lütfi Zadəyə həsr olunmuş məntiq olimpiadasının yekun təltifetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Səbuhi Abdullayev olimpiadanın əhəmiyyətindən, gənclərimizin elmə və təhsilə olan marağından bəhs edib: “Yarış olimpiada formatında keçirildi və ilk dəfə olaraq burada məntiqlə yanaşı, qeyri-səlis məntiq nəzəriyyəsinə dair test suallarından istifadə edildi. Ümumtəhsil məktəblərində oxuyan 2-ci sinifdən 11-ci sinfə qədər 1000-ə yaxın şagird həmin layihədə iştirak etdi. Onlar arasından seçilmiş 25 nəfər xüsusi medallara layiq görüldü”.