Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan Gəncləri Günü münasibətilə “GenZ FEST” festivalı keçirilib

02.02.2025 [23:02]

Xəbərin mətni

Fevralın 2-də Ağ Şəhərdə yerləşən Bazar Meydanında Azərbaycan Gəncləri Günü münasibətilə “GenZ FEST” festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən keçirilən festivalda 5 mindən çox tələbə iştirak edib.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə qoyulan 2 Fevral - Gənclər Gününə həsr edilən tədbirin əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrini özəl gündə bir araya toplayaraq Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğını bir daha onların nəzərinə çatdırmaq, eləcə də ali və orta ixtisas müəssisələrində imtahan sessiyalarından sonra stressdən kənar mühit formalaşdırmaq və tələbələrlə dövlət arasında bağları daha da möhkəmləndirməkdir.