Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

XTNS-dəki “Azərbaycan” pavilyonunda “Nəzər nöqtəsi” adlı yeni layihəyə start verilib

03.02.2025 [16:10]

Xəbərin mətni

XTNS-dəki “Azərbaycan” pavilyonunda Rusiyada yaşayan tanınmış azərbaycanlılarla görüş platformasına çevriləcək “Nəzər nöqtəsi” adlı yeni layihəyə start verilib.

AZƏRTAC xəbər verir ki, təşəbbüsün məqsədi Azərbaycan icmasının nümayəndələri arasında açıq dialoq yaratmaq, mədəniyyətimizi təbliğ etmək və soydaşlarımızı narahat edən aktual problemlərin müzakirəsini aparmaqdır.