CƏMİYYƏT
Yüksək sürətli yolda nəzarətsiz qalan azyaşlıların köməyinə YPX əməkdaşları çatdı
04.02.2025 [11:39]
Xəbərin mətni
Respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi yaşayış məntəqələrinin sakinləri ilə davamlı olaraq aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də yolu nəzərdə tutulmayan yerlərdən keçərək özlərini təhlükəyə atan piyadalara rast gəlinir.Bakı-Quba avtomobil yolunun Yeni Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınan bu görüntülərdə isə yolda nəzarətsiz qalan azyaşlıların köməyinə yenə də ərazidə xidmət aparan YPX Alayının əməkdaşları çatıb.