CƏMİYYƏT
Ağdam şəhərindəki Dəmir yolu və avtovağzal kompleksinin tikintisi bu il başa çatacaq
04.02.2025 [16:24]
Xəbərin mətni
Ağdam şəhərində tikintisi həyata keçirilən layihələrdən biri də dəmir yolu və avtovağzal kompleksidir.
AZƏRTAC-ın bölgə müxbiri Dəmir yolu və avtovağzal kompleksinin ərazisində olub, inşaat işləri ilə maraqlanıb. Zirzəmi, üç mərtəbə və terrasdan ibarət olmaqla, layihələndirilən kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilir.