Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sabah bəzi yerlərdə yağış, dağlıq rayonlarda isə qar yağacaq

04.02.2025 [16:39]

Xəbərin mətni

Azərbaycanda fevralın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə havanın çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 7-9° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.