Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏBİB təcili yardıma yol verən sürücüləri təqdir edir, hamını bu hərəkəti davam etdirməyə çağırır!

06.02.2025 [10:32]

TƏBİB təcili yardım avtomobillərinə yol verən sürücüləri təqdir edir, hər kəsi bu nümunəvi hərəkəti davam etdirməyə çağırır! Təqdim etdiyimiz bu videoçarx yol hərəkəti qaydalarına riayət etmək şərti ilə təcili yardım avtomobillərinə yol verən sürücüləri təbliğ və təşviq etmək, onlara göstərdikləri diqqətə görə təşəkkür etmək və ən əsası başqalarına nümunə göstərmək xarakteri daşıyır. Unutmayın ki, sizin kiçik bir hərəkətiniz insan həyatının xilasında böyük rol oynaya bilər!