Kredit borcu olan şəxs işini itirdikdə nə etməlidir?
07.02.2025 [19:43]
Bu gün bir çox vətəndaş istehlak krediti üçün banklara müraciət edir. Banklar isə kredit verərkən əsasən müştərinin rəsmi iş yerinin və gəlirinin olmasına diqqət yetirir. Lakin kredit borcu olan şəxs hər hansı səbəbdən işsiz qalarsa, bu vəziyyətdə nə etməlidir? Yeni iş tapana qədər kredit ödənişlərinə hansı güzəştlər tətbiq oluna bilər? Bank eksperti, hüquqşünas Anar Ramazanov bildirir ki, kredit müqavilələrində işsizlik riski adətən nəzərə alınmır. Bununla belə, əgər vətəndaş işini itirirsə və ya ciddi sağlamlıq problemləri səbəbindən ödəniş edə bilmirsə, bankla rəsmi şəkildə əlaqə saxlamalıdır. Yazılı müraciət edərək vəziyyətini izah etməli və müvafiq sənədləri təqdim etməlidir.