Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-in Aran Regional Mərkəzi təlim keçirib

10.02.2025 [12:22]

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax Dəmiryol Stansiyasında təlim keçirilib. Təlimə FHN-in Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidməti Yevlax rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikası, ADY-nin mülki müdafiə qüvvələri, eyni zamanda yanğınsöndürən və fövqəladə hallar qatarı, Yevlax şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin, yerli Hərbi Polis bölməsi və Təcili Tibbi Yardım Briqadası cəlb olunub.