Kredit kartları, əslində, necə istifadə edilməlidir?
10.02.2025 [19:58]
Azərbaycanda kredit kartlarından istifadə ilə bağlı rekord artım qeydə alınıb. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 milyard 890 milyon manat təşkil edib. Bu göstəricinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40.7 faiz çoxdur. İqtisadçı ekspert Elman Sadıqovun sözlərinə görə, bu gün bir çox insanlar kredit kartlarından düzgün istifadə etmir və aşırı borclanmaya məruz qalırlar. Bunun səbəbi həmin vətəndaşların kredit kartlarının mahiyyətini düzgün anlamamasıdır.