Balıq məhsullarının satışı üzrə yeni bazarlar təşkil ediləcək
11.02.2025 [19:05]
Azərbaycanda "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxs yaradılacaq. Bu yenilik Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda öz əksini tapıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılacaq bu qurum ölkəmizdə balıqçılıq sektorunun tənzimlənməsini həyata keçirəcək. Fərmana əsasən Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkil edilməsi nəzərdə tutulur. Maraqlıdır sözügedən qurumun yaradılmasının balıqçılıq sahəsinə hansı faydaları olacaq? "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlının sözlərinə görə, "Balıqçılıq və Akvakultura Mərkəzi"nin yaradılması ilə Azərbaycan balıqçılığında yeni inkişaf dövrü başlayacaq.