Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiyevə ballistik raket hücumu olub – AZƏRTAC hadisə yerindən xəbər verir

12.02.2025 [16:47]

Xəbərin mətni

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə etdiyi ballistik raket hücumu nəticəsində şəhərin mərkəzi hissələrində dağıntılar baş verib. AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbirinin məlumatına görə, zərərsizləşdirilmiş ballistik raketlərin qalıqları Kiyevin bir neçə inzibati binasını dağıdıb. Nəticədə azı bir mülki şəxs həlak olub, 4-ü xəsarət alıb. Kiyev Şəhər Hərbi Administrasiyasının verdiyi məlumata görə, Kiyev səmasında 6 "İskəndər-M" ballistik raketi vurulub.