TƏBİB-dən yeni layihə: “Evimə yaxın iş”
13.02.2025 [18:57]
TƏBİB Tibb müəssisələrində iş yerini evə yaxınlaşdıran yeni layihənin icrasına başlayıb. “Evimə yaxın iş” adlı yeni layihənin əsas məqsədi ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin tabeliyində çalışan işçilərin əmək şəraitinin yaxşılaşdırılmasıdır. Layihəylə bağlı Bakı Baş Səhiyyə Mərkəzinin şöbə müdiri Cavid Nəcəfov bildirdi ki, layihənin ilkin mərhələsində Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən bütün tabeli tibb müəssisələrinə işçilərin qeydiyyatdan keçmələri üçün onlayn anket forması təqdim olunub.