Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəxtiyar Vahabzadəsiz 16 il - Böyük şairin ev muzeyindən xüsusi REPORTAJ

13.02.2025 [19:01]

Xəbərin mətni

Bu gün Azərbaycanın Xalq şairi, ədəbiyyatımızın parlaq simalarından olan Bəxtiyar Vahabzadənin vəfatının 16-cı ildönümüdür. Bununla əlaqədar AZƏRTAC-ın bölgə müxbiri şairin Şəkidə yerləşən ev muzeyində olub, muzeyin əməkdaşları ilə görüşüb.

Böyük şair B.Vahabzadənin ev muzeyi Şəkinin Yuxarı Baş məhəlləsində yerləşir. Şair sağlığında buranın uşaq bağçası kimi fəaliyyət göstərməsini istəyib. Lakin dövlətimiz balaca fidanlar üçün yaxınlıqda yeni uşaq bağçası inşa edərək şairin evini muzeyə çevirib.