Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda narkotik əməliyyatı - saxlanılanlar var

14.02.2025 [11:41]

Xəbərin mətni

Naxçıvanda polis əməkdaşları tərəfindən muxtar respublika ərazisində narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. Növbəti tədbirlər zamanı 58 yaşlı Kəmaləddin Səfərli, 60 yaşlı İslam Nəcəfov, 35 yaşlı Türkanə Tahirova və 38 yaşlı Elnur Babayev saxlanılaraq istintaqa cəlb ediliblər.