Şəmkir sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb
15.02.2025 [14:49]
Xəbərin mətni
Şəmkirdə saxlanılan 3 nəfərdən odlu silahlar və narkotik vasitələr aşkarlanıb. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şəmkirdə polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və üzərində odlu silah-sursat saxlayan 41 yaşlı Ruslan Musayev, 36 yaşlı Ramin Adıgözəlov və 35 yaşlı Arzu Əlizadə saxlanılıblar.