Azərbaycan Dövlət İnformasiya Agentliyi

Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib

15.02.2025 [15:10]

Xəbərin mətni

Fevralın 15-də “Femida Könüllüləri” Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz, suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Femida Könüllüləri” Təşkilatının bir illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.