Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafada 4 nəfər dəm qazından zəhərlənib

16.02.2025 [12:08]

Xəbərin mətni

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Belə ki, kənd sakini olan 4 nəfər yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.