CƏMİYYƏT
“LANDAU School”un şagirdləri AZƏRTAC-da olublar
17.02.2025 [14:06]
Xəbərin mətni
“LANDAU School”un şagirdləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) qonağı olublar.
Məktəblilər Agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeyə baxıblar.