Kərə yağı alarkən nələrə diqqət etməliyik?
17.02.2025 [19:26]
Bu dəfə satan razı, alan narazı...Söhbət son zamanlar bazarlarda təbii adı ilə satılan, alıcıların isə saxta hesab etdiyi kərə yağlarından gedir. Mütəxəssislər qeyd edirlər ki, belə yağların tərkibinə adətən rəngləndirici və xüsusi maddələr qatılır ki, bu da insan sağlamlığı üçün zərərlidir. Bəs görəsən kərə yağı alarkən onun həqiqi və ya saxta olmasını müəyyən edə bilərikmi? Qida eksperti Elsevər Fərzəliyevin sözlərinə görə, kərə yağının keyfiyyətli olmasını xarici görünüşünə, qoxusuna və ya dadına görə müəyyən etmək mümkün deyil.