“Xızı-Abşeron” Külək Elektrik Stansiyasında tikinti işləri sürətlə davam edir
18.02.2025 [20:21]
Ölkəmizdə bərpa olunan enerji sahəsində ən böyük layihələrdən biri də 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasıdır. Layihə Səudiyyə Ərəbistanın ACWA Power şirkəti tərəfindən tamamilə xarici investisiya hesabına həyata keçirilir. İlkin hesablamalara görə, stansiyada illik 1 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunacaq.