Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Heydər Əliyev Mərkəzində olub

18.02.2025 [20:36]

Xəbərin mətni

Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova fevralın 18-də Bakıda Heydər Əliyev Mərkəzində olub. AZƏRTAC xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.