Azərbaycan Dövlət İnformasiya Agentliyi

AAYDA: Füzuli şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə icra olunur

19.02.2025 [11:16]

Xəbərin mətni

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Füzuli şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və keyfiyyətlə icra olunur. Layihə üzrə I mərhələdə ümumilikdə 18,5 km uzunluğa malik 12 küçənin tikintisi aparılır.