Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı qarlı hava şəraitinə necə hazırlaşır?

19.02.2025 [18:45]

Bu axşamdan etibarən ölkə ərazisində hava şəraiti kəskin dəyişir. Ekologiya və Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə havanın temperaturu 7-10 dərəcə aşağı enəcək və qar yağacaq. Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalını nəzəra alaraq Bakı Şəhər İcra Hakimiyyəti də qabaqlayıcı tədbirlərə başlayıb. Qurumdan verilən məlumata görə Şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib.