Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göl ətrafında salınacaq bulvarda nələr olacaq?

20.02.2025 [20:01]

Əvvəlcə qeyd edək ki, Bülbülə gölünə Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı ərazidə xoşagəlməz vəziyyət yaranmışdı. Yeni bulvarın salınması üçün görülən işlər çərçivəsində gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib, asfalt üçün alt qat hazırlanıb.Gölün yaxınlığında yaşayış evlərinin olduğunu nəzərə alsaq, ətrafın təmizlənməsi və axıdılan sular üçün təmizləyici qurğuların quraşdırılması olduqca müsbət addımdır.