Şəki-Zaqatala bölgəsinə ilin ilk qarı yağır
20.02.2025 [20:41]
Bu səhər Şəki-Zaqatala bölgəsinin yüksək dağlıq əraziləri ağ örpəyə bürünüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sakinlərin sözlərinə görə, bu, qış mövsümünün il qarıdır və son 20 ildə qarın yağması bu qədər gecikməmişdi.
Həmişəki kimi qar bölgənin yüksək dağlıq ərazilərinə daha çox yağıb. Aranda isə sulu qar və yağış müşahidə olunur.
İlk qarın sevincini əsasən məktəblilər yaşayırlar. Kimi dərsarası tənəffüsdə, kimi də dərsdən sonra vaxtını qarla oynamağa ayırır.
Yaşlı insanlar adətən qarın noyabrın sonlarında, ya da dekabrda yağdığını, bu il isə xeyli gecikdiyini bildirirlər. Rayon sakini Cuma Əliyev deyir ki, illər əvvəl noyabr ayında qar yağanda ağacların üzərindən qar təmizləyiblər. Son illər isə qar yağması getdikcə azalır. Qarın yağması, ilk növbədə, xəstəliklərin qarşısını alacaq.