Səmimi liderin xalq ilə görüşləri
20.02.2025 [20:46]
Prezident İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri və sakinlərlə belə görüşləri ilk deyil. Dövlət başçısı, dəfələrlə Qarabağın müxtəlif bölgələrinə səfər edərək yerli əhali ilə görüşüb, onların qayğılarını dinləyib, onların sevinclərinə şahidlik edib. Həm də bizə yeni müjdələr verib. Xatırlamaq yerinə düşər ki, ötən il Dövlət başçısı Müstəqillik gününü Xocalıda, həm də Xocalının ilk sakinləri ilə qeyd etmişdi.