“İrəli” İctimai Birliyi “Gənclərin media savadlılığının artırılması” layihəsinə AZƏRTAC-a infoturla start verib
20.02.2025 [22:09]
“İrəli” İctimai Birliyi Milli Mətbuatımızın 150 illiyinə həsr olunmuş “Gənclərin media savadlılığının artırılması” layihəsinə start verib. Layihə çərçivəsində ilk infotur Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) təşkil olunub. İnfoturun iştirakçıları agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzeyə baxıblar.