Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ağdam Residence” yaşayış kompleksində ilkin olaraq 6 yaşayış binası inşa edilib

20.02.2025 [22:54]

Xəbərin mətni

“Ağdam Residence” yaşayış kompleksi 1,55 hektar ərazini əhatə edir. Kompleksin ərazisində ilkin olaraq 6 yaşayış binası inşa edilib. AZƏRTAC-ın bölgə müxbiri kompleksin inşa edildiyi ərazidə olub, görülən işlərlə maraqlanıb. Tarixi Ağdamın yeni baş planına əsasən şəhərdə həm fərdi evlər, həm də ortamərtəbəli yaşayış binalarının inşa olunması planlaşdırılır. Bu baxımdan “Ağdam Residence” yaşayış kompleksi işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən ilk yaşayış komplekslərindən biridir.