Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda avtomobil yolları qardan təmizlənir

21.02.2025 [10:59]

Xəbərin mətni

Muxtar respublikanın yerli əhəmiyyətli avtomobil yolları qardan təmizlənir, hərəkətin təhlükəsizliyi təmin olunur.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, buzlaşmaya daha çox məruz qalan hissələr nəzarətdə saxlanılaraq, yolun hərəkət hissəsinə duz-qum qarışığı səpilir.