Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda qardan təmizlik işləri davam edir

21.02.2025 [13:16]

Dünən gecədən başlayaraq paytaxt ərazisində yağan qar və şaxtalı hava yolların buz bağlamasına səbəb olub. Lakin Bakı Şəhər İcra hakimiyyətinin texnikaları və canlı qüvvəsi tərəfindən yollara duz və qum səpilib, səkilər qardan təmizlənib. Hazırda paytaxt yollarında nəqliyyatın rahat və maneəsiz hərəkəti üçün bütün tədbirlər görülür.