Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti çətinləşib, bəzi avtomobillər yolda qalıb

21.02.2025 [16:18]

Xəbərin mətni

Yolların buz bağlaması və havanın şaxtalı olması səbəbindən Muğanlı-İsmayıllı avtomobil yolunda nəqliyyatın hərəkəti çətinləşib, bəzi avtomobillər yolda qalıb. Əraziyə yol idarəsinin texnikası və işçi qüvvəsi cəlb olunub.